Ucuz aviabiletlər-2022: istifadə təlimatı

Ucuz qiymətlər — səyahət üçün ən yaxşı stimuldur. Bəs onları necə qaçırtmayaq? Divan ekspertlərinin məsləhətləri (“köhnə düyməli telefondan axtar!”) artıq işləmir.Biz 400 milyondan artıq bilet axtarışı nəticəsini təhlil etdik və sizinlə 2022-ci ildə ən uyğun qiymətə bilet tapmağın yollarını danışacayıq.

Biletləri nə qədər tez alsanız, bir o qədər yaxşıdır. Bu qayda hər zaman işləyir.

Biletləri 2-3 ay əvvəldən alsanız, yanılmazsınız.

 

Əgər qiymət düşübsə, gözləməyin anlamı yoxdur — almaq lazımdır

Qiymətin növbəti dəyişiklik zamanı artacağı ehtimalı daha yüksəkdir. Təhlil etdiyimiz biletlərin 71% bunu göstərir.

Bunu seçdiyiniz biletin qiymət dəyişikliklərinə abunə olaraq görə bilərsiniz. “Aviasales” tətbiqində bileti seçib, yuxarı sağ küncdə zəng işarəsini tıklayın və sizə dəyişikliklər haqqında məktub göndəriləcək.

 

Həfətənin hansı günü olduğu biletin qiymətinə təsir göstərmir

Bizdə olan məlumata əsasən, bilet qiymətləri həftəiçi və ya həftəsonuna əsasən dəyişmir.

 

Günün vaxtı bilet qiymətlərinə təsir göstərimir

Statistika göstərir ki, gündüzlət və gecələr qiymət eynidir.

 

Hal-hazırda bilet qiymətlərinin ən çox dəyişdiyi istiqamət Bakı-Moskvadır

Ən stabil qiymətlər isə Minskdən Bakıya olan biletlərədir.

Ümumiyyətlə, hər biletin qiyməti istiqamətdən asılı olmayaraq ən azı üç dəfə dəyişir. Buna görə, sizə uyğun olan qiyməti gördükdə bileti dərhal alsanız yaxşıdır.

 

Baqajı biletlə bir yerdə almaq daha əlverişlidir

Qənaət etmək üçün səyahətçilərin üçdə birindən çoxu biletləri baqajsız alır (Aviasales.az saytından alınan biletlərin 36%). Səyahət vaxtı gələndə isə bir çox adam ən sevdiyi sviterin və ya yaxınları üçün aldığı hədiyyələrin əl yükünə yerləşmədiyini anlayır. 

Aviaşirkətlərin çoxu bileti aldıqdan sonra əlavə baqaj alışı imkanı verir. Amma bizdə olan məlumata əsasən, bu halda biletin yekun qiyməti daha yüksək olur. Bileti dərhal baqajla aldıqda etdiyiniz qənaət aviaşirkətin qaydalarından asılıdır. Baqajlı biletlər sonradan əlavə olunan baqajla müqayisədə ortalama 29% daha ucuz başa gəlir

 

Məktub qutunuza yenilikləri alın

"Abunə olun" seçiminə klikləməklə, mən Məxfilik Siyasəti-i oxuduğumu və onunla razılaşdığımı təsdiq edirəm.