Azərbaycanda Top-7 görülməli yer

Avisales.az servisinin ekspertləri Azərbaycan bələdçiləri ilə əlaqə saxlayıb və hər azərbaycanın gəzməli yerlərinin siyahısını hazırlayıb. Uzaq səyahətləri haçan planlaya biləcəyimizi hələ bilmirik və bu doğma ölkəmizi tanımaq üçün əla fürsətdir.

Masazırgöl

İnanmaq çətindir, amma bu yer uzaq Avstraliyada deyil, Azərbaycandadır. Nağıllardakı kimi! Göldə 1735 milyon ton duz var və sahilində duz istehsal edən zavod yerləşir. Duzlu, xloridli və yüksək konsentrasiyalı sulfat suya gözəl çəhrayı rəng verir.

Xanbulan su anbarı

Hırkan Milli Parkında yerləşir və 80 metr dərinliyi var. Parkın özü çox gözəldir, burda 1900 -dən artıq bitki növü və nadir heyvanlar var: asiya bəbiri, tirandaz, meşə pişiyi. Tipik olmayan turizm marşrutu sizi valeh edəcək.

Diri Baba türbəsi

Şeyx Diri Baba türbəsi Qobustan ərazisində, 1402-ci ildə inşa edilib. Bu yerlə bir çox rəvayətlər və mistik hekayələr bağlıdır, buna görə artıq XVII əsrdən başlayaraq türbənin ziyarətçiləri çoxdur. Memarlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, qayanın içərisində inşa olunduğundan türbə elə bil havadadır. Ölkə tarixin daha yaxşı öyrənmək üçün əla yerdir.

Abşeron Milli Parkı

Fərqli heyvanların yaşadığı unikal bir yer. Burada flaminqodan tutmuş xəzər suitisi və porsuğa qədər, bir çox heyvanları izləmək olar. Təbiəti sevən hər kəs bu yerə heç olmasa bir dəfə baş çəkməlidir. 

"Taxta körpü" su anbarı

Bu su anbarı Azərbaycanda ən böyük və ən hündürdür. Ümumi sahəsi 9 kvadrat kilometr təşkil edir, suyun həcmi – 270 milyon kubometr, sütunların hündürlüyü isə – 900 metr. "Taxta körpü" Avropanın ən hündür su anbarları siyahısındadır. Nəhəng görünür!

Asma körpü, İsmayıllı

Lahıc kəndi yolunda, həm yerli, həm xarici turistlər arasında populyar olan fərqli gözəllik – asma körpü. Körpü iki dağı birləşdirir və çayın üzərindən keçir. Çox yüksəkdə yerləşir və yalnız kənarlardan bağlıdır. Adrenalin zəmanəti verə bilərik!

Şamilqala, İlisu 

Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə XVII-XVIII əsrlərdə inşa olunmuş qala. Qaladan nəfəskəsici mənzərə açılır. Şamilqala hərbi obyekt olub və gözətçilər tərəfindən isitifadə olunub. İndi isə tarixi abidələr siyahısındadır. Qalalar ilə maraqlanmasaz belə, ən azından mənzərədən zövq almaq üçün mütləq görülməli yerdir!

 

Arina Aparina

Media Relations Specialist (Eastern Europe & Central Asia), Go Travel Un Limited

Məktub qutunuza yenilikləri alın

"Abunə olun" seçiminə klikləməklə, mən Məxfilik Siyasəti-i oxuduğumu və onunla razılaşdığımı təsdiq edirəm.