Azərbaycanda qadınlar tək səyahət etməkdən kişilərdən az qorxur

“Aviasales.az”-ın araşdırmasına əsasən Azərbaycanda qadınların cəmi 2,5% tək səyahət etməkdən qorxur. Bu rəqəm keçən ilə nisbətən 3 dəfə azalıb.

Sorğuda iştirak edən qadınların 42% artıq tək səyahət təcrübələrinin olduğunu, 43% tək səyahət etməyi planlaşdırdığını, 12,5% isə dost-tanışsız səyahət etməyi sevmədiyini qeyd edib.

 

Qeyd edilən bütün bəndlərdə keçən ilə nisbətən dəyişikliklər var. 2022-ci ildə qadınların 37% tək səyahət etdiyini qeyd etmişdi, 43% səyahət planlaşdırırdı, 15% isə ancaq yaxınları ilə səyahət etməyi sevdiyini qeyd etmişdi.

 

Qonşu Rusiyada, “aviasales.ru” araşdırmasına əsasən, qadınların 5% tək səyahət etməkdən qorxur. Bu, Azərbaycanda olan rəqəmdən 2 dəfə çoxdur.

 

Kişilərə gəldikdə isə, onların arasında 2023-cü ildə onların seçimləri belədir:

 

– kişilərin 69% tək səyahət etdiyini bildirib. Bu, 2022-ci ildə olan rəqəmdən 2% çoxdur.

 

– sorğu iştirakçılarının 20% hal-hazırda tək səyahət eməyi planlaşdırır. Ötən il bu bəndin göstəricisi 18% idi.

 

– kişilərin 7% tək səyahət etməyi sevmir. Bu, keçən ilə nisbətən 4% daha azdır.

 

– iştirakçıların 4% qeyd edib ki, tək səyahətləri təhlükəli hesab edirlər. 2022-ci ildə bu göstərici 3,5% idi.

Azərbaycanləlar 2023-cü ildə nə vaxt səyahət etməyi planlaşdırır

64% из них планируют путешествие в течение ближайшего месяца, 27% в течение года и только 9% респондентов пока не определились с датой.

Sorğu iştirakçılarının 65% – həm qadınlar, həm də kişilər daxil olmaqla – hal-hazırda səyahət planlaşdırdıqlarını qeyd edib. Onların 64% üzümüzə gələn ay ərzində, 27% isə il ərzində səyahət edəcəyini bildirib. 

 

Səyahət üçün ən təhlükəsiz ölkələr

 “Global Peace Index”-in araşdırmasına əsasən, top-10 təhlükəsiz ölkələr siyahısına bu ölkələr daxil olub:

  1. İslandiya
  2. Yeni Zelandiya
  3. İrlandiya
  4. Danimarka
  5. Avstriya
  6. Portuqaliya
  7. Sloveniya
  8. Çexiya
  9. Sinqapur
  10. Yaponiya

Bu ölkələr nisbətən aşağı sayda kriminal hadisələr, stabil siyasi vəziyyət və yüksək səviyəli səhiyyə sistemi ilə seçilir. Amma qeyd etməliyik ki, heç bir ölkə səyahətçinin təhlükəsizliyinə zəmanət vermir. Buna görə də, getdikləri ölkədən asılı olmayaraq, səyahətçilər ehtiyatlı olmalıdırlar.

 

Məktub qutunuza yenilikləri alın

"Abunə olun" seçiminə klikləməklə, mən Məxfilik Siyasəti-i oxuduğumu və onunla razılaşdığımı təsdiq edirəm.