Aviasales.az-dan ilin yekunları: beynəlxalq səyahətlərin sayı 2,5 dəfə artıb

Aviasales.az xidmətinin analitikləri ilin yekunlarına əsasən müəyyənləşdirib ki, beynəlxalq səyahətlərin sayı keçən ilə nisbətən iki dəfədən çox artıb. Bu il azərbaycanlılar 2 dəfə daha çox bilet axtarıb və 2,5 dəfə daha çox bilet bron edib. Səyahət istiqamətlərində də dayişikliklər var. 2022-ci ilin ən populyar istiqamətləri siyahısına Qazaxıstan və BƏƏ daxil olub.

Bu ilin ən populyar istiqamətləri:

  • Rusiya
  • Türkiyə
  • Gürcüstan
  • BƏƏ
  • Almaniya
  • Qazaxıstan
  • Polşa

Ən populyar şəhərlər siyahısının ilk üç pozisiyasında, 2021-ci ildə olduğu kimi, Moskva, İstanbul və Sankt-Peterburq şəhərləridir.

2022-ci ildə bron sayı üzrə TOP-10 şəhər:

  • Moskva
  • İstanbul
  • Sankt-Peterburq
  • Mineralnıye Vodı
  • Tbilisi
  • Kazan
  • Antalya
  • Samara
  • Surqut
  • Novosibirsk

Bilet qiymətləri

Populyar istiqamətlər üzrə ortalama bilet qiymətində artım qeydə alınıb. Bu il ortalama qiymətlər keçən ilə nisbətən 5% artıb. Keçən il beynəlxalq istiqamətlər üzrə ortalama bilet qitməti 436 AZN təşkil edirdi, 2022-ci ildə isə – 459 AZN. 

2023-cü ildə gözlənilən səyahətlər

Azərbaycanlı istifadəçilər üzümüzə gələn il üçün də bilet axtarmağa və bron etməyə davam edir. Aviasales.az analitiklərinin topladığı məlumata əsasən, 2023-cü il üçün azərbaycanlılar bu istiqamətlərdə daha çox bilet axtarır:

  • Rusiya
  • Türkiyə 
  • BƏƏ
  • Gürcüstan
  • Tailand
  • Almaniya
  • Macaristan

Bilet alışlarına əsasən tərtib olunan siyahı isə bir az fərqlidir. Bu siyahıya daxil olan ölkələr: Rusiya, BƏƏ, Hindistan, Türkiyə, Gürcüstan, Almaniya, Qazaxıstan, Argentina

“2022-ci ildə səyahət sferası, nəhayət ki, kovid məhdudiyyətlərindən sonra bərpa olub. Azərbaycan vətəndaşları yenidən sevdikləri beynəlxalq istiqamətlər üzrə səyahət edə bilir və artıq aktiv şəkildə 2023-cü ilin səyahət sezonuna biletləri bron edir” – bunu öz şərhində Aviasales.az-ın rəhbəri İsmail İsmailzadə qeyd edib.

 

Məktub qutunuza yenilikləri alın

"Abunə olun" seçiminə klikləməklə, mən Məxfilik Siyasəti-i oxuduğumu və onunla razılaşdığımı təsdiq edirəm.